Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO
19 2024 11:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bundan başqa təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.

İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.

 


2 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"

Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb.

2 May 2024
Cəmiyyət

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib

Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.

2 May 2024
Cəmiyyət

Mayın 5-də növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

2 May 2024
Cəmiyyət

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

2 May 2024
Cəmiyyət

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Tacikistanın “Somon Air” aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.